Ronaldo üçün 780 min dollarlıq eksklüziv saat hazırlanıb - FOTO

26
yan
2023
15:17
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo üçün eksklüziv saat hazırlanıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, saatı dəbdəbəli saat istehsalçısı "Jacob & Co" şirkəti istehsal edib.
"Caviar Flying Tourbillon" adlanan saat qranat daşlarının ən bahalısı olan parlaq yaşıl savoritlər ilə bəzədilib.
Savoritlərə təbiətdə zümrüdlərdən təxminən 200 dəfə az rast gəlinir. Rənglərinə görə tez-tez zümrüdlərlə qarışdırılsalar da, daha parlaqdırlar.
Ronaldonun saatında 300 ədəd savorit daşı yer alıb.
Eksklüziv saat modelinin qiyməti təxminən 780 min dollardır.
Qalereya
Oxşar xəbərlər
Ərəblər Ronaldonun ailəsinə malikanə və təyyarə verəcəklər - FOTO - Müqavilənin detalları məlum oldu
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə imzaladığı müqavilənin bəzi detalları məlum olub. BAKU.WS xəbər ver...