Ronaldo qol vurub səcdəyə getdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanı peşəkar liqasının 28-ci turunda "Əl-Nəsr" öz meydanında "Əl-Şəbab"ı qəbul edib.
BAKU.WS xəbər verir ki, oyun ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Komandasının qələbə qolunu vuran Kiştiano Ronaldo qoldan sonra səcdəyə gedib.
Forvard bunu müsəlman azarkeşlərə və komanda yoldaşlarına ehtiram əlaməti olaraq edib.
Qeyd edək ki, Ronaldo indiyədək "Əl-Nəsr"in heyətində 18 oyunda 14 qol vurub və 2 məhsuldar ötürmə edib.
"Əl-Nəsr" bu mövsüm Səudiyyə liqasında 28 oyundan 63 xalla ikinci, "Əl-Şəbab" 53 xalla üçüncü, "Əl-İttihad" isə 66 xalla liderdir.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...