Romero "Atletiko" ilə razılaşdı – transferdə son mərhələ
İngiltərənin "Tottenhem" klubunun müdafiəçisi Kristian Romero karyerasını İspaniyada davam etdirməyə yaxındır.
BAKU.WS xəbər verir ki, bu barədə italiyalı insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin iddiasına görə, argentinalı futbolçu "Atletiko" Madrid ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilənin əsas şərtləri üzrə razılıq əldə edib. Müqavilədə daha bir il - 2031-ci ilə qədər uzadılma imkanı da nəzərdə tutulub. Romeronun illik 6 milyon avro maaş alacağı bildirilir.
Hazırda Madrid təmsilçisi transferin reallaşması üçün "Tottenhem"lə danışıqları davam etdirir. London klubu 28 yaşlı mərkəz müdafiəçisi üçün 40-45 milyon avro təzminat tələb edir. Bildirilir ki, futbolçunun özü də rəhbərlikdən transferə icazə verməsini istəyib.
Kristian Romero 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasında 23 oyuna çıxaraq 4 qol vurub və 1 məhsuldar ötürmə edib. O, UEFA Çempionlar Liqasında isə 8 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Futboldan uzaqlaşdıqdan sonra gəliri 30 dəfə artdı
İngiltərəli keçmiş futbolçu Madelen Raytın gəliri 30 dəfə artıb. BAKU.WS xəbər verir ki, İngiltərənin "Çarlton Atletik" (Charlton Athletic) klubunun sabiq üzvü...