Roman Abramoviçin "Qalatasaray"ı alır - İstanbula köçür
2003-2022-ci illərdə Londonun "Çelsi" futbol klubunun sahibi olan rusiyalı iş adamı Roman Abramoviç İstanbulun "Qalatasaray" klubunun ən böyük səhmdarlarından birinə çevrilməyi planlaşdırır.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin "Sözcü" internet nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, milyarder artıq Boğazda malikanə alıb və İstanbula köçməyə hazırlaşır.
Xatırladaq ki, 2022-ci ilin mayında Abramoviç "Çelsi"ni amerikalı investor Todd Boulinin rəhbərlik etdiyi konsorsiuma satıb. 2025-ci ildə iş adamı peşəkar futboldan getdiyini açıqlayıb və artıq bu sahə ilə məşğul olmaq istəmədiyini deyib.
Abramoviçin rəhbərliyi altında "Çelsi" beş İngiltərə çempionluğu, beş İngiltərə Kuboku, üç Liqa Kuboku, iki Çempionlar Liqası və Avropa Liqası titulunu qazanıb.
Oxşar xəbərlər
Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi
Türkiyə milli futbol komandasının yeni baş məşqçisi Sergen Yalçın olub. BAKU.WS xəbər verir ki, 53 yaşlı mütəxəssislə 4 illik müqavilə üzrə razılıq əldə edilib....