İrəvanda qazandığı qələbəni Azərbaycana həsr edən türk atlet İlham Əliyevə təşəkkürünü bildirib

İrəvanda qazandığı qələbəni Azərbaycana həsr edən türk atlet İlham Əliyevə təşəkkürünü bildirib
İdman 226

Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında qazandığı qızıl medalı Azərbaycana həsr edən türkiyəli ağırlıqqaldıran Cansu Bektaş Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, 49 kq-da qitə çempionu olan idmançı bu barədə özünün instaqram səhifəsində paylaşım edib.

"Hörmətli Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya sonsuz təşəkkür edirəm. Medalım Azərbaycana ərmağan olsun", - Bektaş paylaşımda yazıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər