Rəşad Sadıqov qrupdakı rəqibləri şərh etdi

Rəşad Sadıqov qrupdakı rəqibləri şərh etdi
İdman 777
“Ümumi götürsək, maraqlı qrupa düşdük”.BAKU.WS xəbər verir ki, bunu Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirən “Qarabağ”ın rəqiblərini dəyərləndirən Rəşad Sadıqov bildirib.O, rəqibləri ayrılıqda şərh edib:“Klublara ayrı-ayrı baxsaq, məlumdur ki, "Sevilya" bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa Liqasının qalibi olub. APOEL-lə bu mövsüm qarşılaşdıq, aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi və onlar növbəti mərhələyə yüksəldi. "Düdelanj"la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında isə son dəqiqələrə qədər məğlub olurduq və sonda bərabərlik qolunu vurmuşduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun".

Oxşar xəbərlər

“Qarabağ”ın qrupdakı rəqibləri müəyyənləşdi - FOTO

“Qarabağ”ın qrupdakı rəqibləri müəyyənləşdi - FOTO

Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.BAKU.WS xəbər verir ki, Monakoda keçirilən tədbirdə klubların qrup mərhələsindəki rəqibləri müəyyənləşib....

2888 İdman 15:14 30 avqust 2019

Son xəbərlər