Rəşad Sadıqov: "Turan Tovuz"un UEFA tərəfindən cəzalandırılacağını daha əvvəl bilsəydik..."
"Turan Tovuz"un UEFA tərəfindən cəzalandırılacağını daha əvvəl bilsəydik, yaxşı olardı".
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Mütəxəssis bildirib ki, hazırkı vəziyyətdə "Sumqayıt" və "Araz-Naxçıvan" komandalarının da etiraz etmək üçün əsasları var: "Əgər onlar bunu əvvəlcədən bilsəydilər, avrokuboklar uğrunda mübarizədən bu qədər tez kənarda qalmazdılar".
Baş məşqçi qeyd edib ki, məsələnin müzakirəsi zamanı Konfrans Liqasından imtina variantı da nəzərdən keçirilib: "Hətta rəhbərliklə söhbətlərimizdə bu ehtimalı dəyərləndirdik. Ancaq belə bir addım atılsaydı, "Zirə" də cəzalandırıla bilərdi. Bu səbəbdən digər klubları günahlandırmaq düzgün deyil".
Oxşar xəbərlər
"Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək
Bakıda "Sabah" və "Slaviya" (İngiltərə) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu avstriyalı hakim idarə e...