Renat Dadaşovun yeni klubu məlum oldu
04
sen
2026
14:42
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni komandası bəlli olub.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Ukraynanın "Bukovina" klubu ilə anlaşıb.
Təcrübəli forvard 2-3 gün ərzində yeni komandası ilə müqavilə imzalayacaq. Sözləşmənin detalları bəlli deyil.
Məlumat üçün bildirək ki, "Bukovina" bu mövsüm Ukrayna Premyer Liqasına yüksəlib. Komanda hazırda 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Xatırladaq ki, Renat Dadaşov son olaraq Polşanın "Motor" klubunda çıxış edib. O, ötən mövsümün sonunda Lublin təmsilçisindən ayrılıb.
Oxşar xəbərlər
Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib
Qaradağ rayonunun Lökbatan qəsəbəsində Azərbaycan Peşəkar Döyüş Klubunun yeni idman zalının açılışı olub. BAKU.WS xəbər verir ki, açılış mərasimində gənclər və...