İrandan Azərbaycana daha bir XƏYANƏT

İrandan Azərbaycana daha bir XƏYANƏT
İdman 1934
 

Sərbəst güləş üzrə yığma komandamızın İranın Kirmanşah şəhərində keçirilən Dünya Kuboku yarışlarında uğurlu çıxışı ilə bağlı mətbuat konfransı keçirilib.

BAKU.WS İstiPress-ə istinadən xəbər verir ki, güləş millimizin baş məşqçisi Firdovsi Umudov yığmamızın ABŞ-la görüşdə iranlı azarkeşlər nədənsə rəqibi dəstəklədiyini bildirib. 

"Qrup mərhələsinin ilk 2 qarşılaşmada müvafiq olaraq Rusiya və Gürcüstan komandalarına qalib gəldik. Məqsədimiz ABŞ pəhləvanlarını da məğlub edib finala yüksəkmək idi. Amma hakim qərəzi buna imkan vermədi. Həlledici görüşdə 5:2 irəlidə olmağımıza rəğmən, yersiz xəbərdarlıqlar bizi finaldan etdi. Yerli azarkeşlər də nədənsə rəqibin tərəfindəydi, zalda daim onları qələbəyə səsləyirdilər. Komandamızı bəzi hallarda İran azərbaycanlıları dəstəkləyirdi". Qeyd edək ki, yığmamız Dünya kubokunun bürünc medalına sahib olub. 

BAKU.WS

Son xəbərlər