Rafiq Hüseynov: "Komandamız optimal hazırlıq səviyyəsindədir"
Yeniyetmə güləşçilərimiz 27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək U17 dünya çempionatına hazırlığı davam etdirir.
BAKU.WS xəbər verir ki, Yunan-Roma güləşi üzrə millimiz Bakıda təlim-məşq toplanışını davam etdirir. Yığmanın böyük məşqçisi Rafiq Hüseynov hazırlıq prosesini dəyərləndirib:
"Ölkə çempionatından sonra bir çox yerlərdə təlim-məşq toplanışı keçdik. Hazırlıqlara Şamaxıda başladıq.
Ardınca Özbəkistanın Buxara şəhərində təlim-məşq toplanışı keçdik. Həmin toplanışda Türkiyədə keçirilən "Zəfər kuboku" üçün seçimlərimizi etdik. Həmin yarışda nəticə verən idmançılarımız Avropa çempionatı üçün nəzərdə tutulmuş heyətə daxil edildilər.
Qitə birinciliyindən sonra artıq 3-cü təlim-məşq toplanışımızı keçirik. Son hazırlıq prosesi komandanın tam formaya düşməsinə xidmət edəcək. Komandamız optimal hazırlıq səviyyəsindədir. Kiçik zədələr ciddi problem yaratmır.
Dünya çempionatına qədər ümumilikdə 10 təlim-məşq toplanışı keçmiş olacağıq. Bu hazırlıq prosesləri Azərbaycan Güləş Federasiyası tərəfindən ən yüksək səviyyədə təşkil edilib və bizə maksimum dəstək verilib".
Oxşar xəbərlər
Azərbaycan güləşçisi Ayxan Cavadov dünya çempionatında finala vəsiqə qazanıb
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir. BAKU.WS xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 60 və 82 kq-...