Rafael Ağayev və İrina Zaretskanın Tokio Olimpiadasında iştirak edəcəyi rəsmiləşib

Milli komandanın liderləri Rafael Ağayev və İrina Zaretskanın Tokio Olimpiadasında iştirak edəcəyi rəsmiləşib.
Azərbaycan Milli Karate Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, Dünya Karate Federasiyasının (WKF) açıqladığı siyahıda 32 idmançı var. Beynəlxalq təşkilatın xüsusi olimpiya lisenziyalı reytinq cədvəlinin ilk dördlüyündə yer almaqla oyunlara birbaşa vəsiqə qazanan R.Ağayev -75 kq çəkidə, İ.Zaretska isə +61 kq çəki dərəcəsində yarışacaq.
Rafael Ağayevin rəqibləri arasında Bəhmən Əsgəri (İran), Luici Busa (İtaliya), Stanislav Horuna (Ukrayna) və təşkilatçı ölkənin nümayəndəsi Ken Nişimura var. İrina Zaretskanın potensial rəqibləri isə Həmidə Abbasəli (İran), Elena Quirici (İsveçrə), Məltəm Hocaoğlu (Türkiyə) və Aymi Eukusa (Yaponiya) yer alır.
İdmançılarımızın qalan beş rəqibindən üçü, həmçinin digər karateçilərimizin olimpiya lisenziyası qazanması 26-28 iyunda Parisdə xüsusi təsnifat turnirində məlum olacaq.
Oxşar xəbərlər
Rafael Ağayev göz yaşlarını saxlaya bilmədi - VİDEO/FOTO
Daha əvvəl xəbər verdiyimiz kimi, Azərbaycanın karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev BƏƏ-nin Dubay şəhərində keçirilən ilin ikinci...
