Rafael Ağayev: "Finalda tamaşaçıları maraqlı döyüş gözləyir"

Rafael Ağayev: Finalda tamaşaçıları maraqlı döyüş gözləyir
İdman 2475
 

"Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının karate yarışının finalında tamaşaçıları maraqlı və baxımlı döyüş gözləyir".

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə finala yüksələn karateçimiz Rafael Ağayev deyib.

5 qat dünya çempionumuz finalda pakistanlı idmançı ilə qarşılaşacağını bildirib:

"Düşünürəm ki, maraqlı və baxımlı görüş olacaq. Sona qədər gedib qələbə qazanmağa çalışacağam".

R.Ağayev qeyd edib ki, ikinci görüşündə Səudiyyə Ərəbistanı təmsilçisi ilə döyüşərkən müəyyən problemlərlə qarşılaşıb:

"O, yeni idmançıdır və mən onun maneralarını yaxşı bilmirdim. Buna görə də düzgün taktika seçməkdə çətinlik çəkirdim, lakin sonda özümü toparladım və 7:2 hesablı qələbə qazandım".

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakı 2017: Beşqat dünya çempionumuz rəqiblərini məğlub edib 1/4 finala çıxdı

Bakı 2017: Beşqat dünya çempionumuz rəqiblərini məğlub edib 1/4 finala çıxdı

Azərbaycanın ən titullu karateçisi Rafael Ağayev IV İslam Həmrəyliyi Oyunlarında 1/4 finala yüksəlib. BAKU.WS-in Trend-ə istinadən verdiyi məlumata görə, 1/8 f...

25187 İdman 13:43 13 may 2017

Son xəbərlər