Qvardioladan etiraf - Futbolçular meydana sərxoş çıxmışdılar
Yeniliklərdən dərhal xəbərdar olun
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Kubokunun 1/8 finalında London "Tottenhem"inə məğlub olduqdan sonra (1:2) etiraf edib ki, 2023/24 mövsümündə "Mançester Yunayted"ə qarşı turnirin finalında futbolçular meydana sərxoş çıxıblar.
BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
"Bu bir xəbərdir. Amma məsələ məğlub olmağımızda deyil, nə qədər uzun müddətdir məğlub olmamağımızdadır. Əlbəttə, İngiltərə Kuboku finalında bizdə kiçik bir sərxoşluq var idi, amma bu yaxşı xəbərdir (bu qədər uzun müddət məğlub olmamağımız)", - deyə mütəxəssis bildirib.
Xatırladaq ki, 25 may 2024-cü ildə "Mançester Yunayted" İngiltərə Kuboku final matçında "Mançester Siti"ni məğlub edərək kuboku qazanıb. Qarşılaşma Londondakı "Uembli" stadionunda keçirilib və 2:1 hesabı ilə başa çatıb.
Oxşar xəbərlər
Kaşuk aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir k...