Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi açıqlanıb

Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi açıqlanıb
İdman 1547

“Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi dəyişməz qalıb.BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə “Football World Rankings” saytı yazıb.

46 yaşlı mütəxəssis 2018-ci ilin yekun siyahısında 1073 xalla 458-ci sırada yer alıb. Komandası Azərbaycan Premyer Liqasında çıxış edən daha bir mütəxəssis də “minlik”də qərarlaşıb. Bu, “Neftçi”yə rəhbərlik edən Roberto Bordindir. İtaliyalı məşqçi 123 xalla 961-ci pillədə qalıb.

Qeyd edək ki, siyahıya 14840 xalla İspaniyanın “Barselona” komandasının baş məşqçisi Ernesto Valverde başçılıq edir.

BAKU.WS

Oxşar xəbərlər

"Qarabağ" "Keşlə"ni böyük hesabla məğlub edib

"Qarabağ" "Keşlə"ni böyük hesabla məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun son oyununda "Qarabağ" "Keşlə"ni qəbul edib....

833 İdman 22:04 03 dekabr 2018

Son xəbərlər