Qurban Qurbanovla "Benfika" və daha bir neçə klub ciddi maraqlanır

Qurban Qurbanovla Benfika və daha bir neçə klub ciddi maraqlanır
İdman 40

Avropanın aparıcı futbol klublarında baş məşqçi axtarışı fonunda Qurban Qurbanovun adı yenidən gündəmə gəlib.

BAKU.WS-in məlumatına görə, son illərdə "Qarabağ"la ardıcıl uğurlar yaşayan, komandanı Azərbaycan futbol tarixində yeni mərhələyə daşıyan Qurbanov bir neçə böyük klubun potensial baş məşqçi siyahısında yer alır.

Rusiya mətbuatının yazdığına əsasən, Moskva "Spartak"ı Deyan Stankoviçlə yolları ayırdıqdan sonra baş məşqçi postu üçün namizədlər siyahısını formalaşdırıb. Həmin siyahıda Luis Qarsiya, Stanislav Çerçesov, Vladimir Fedotov və Qurban Qurbanovun adları yer alır. Qurbanovun nizam-intizamlı oyun fəlsəfəsi və avrokuboklarda əldə etdiyi nəticələr "Spartak" üçün cəlbedici amil olub.

Eyni zamanda Portuqaliyanın nəhəng klubu "Benfika"da isə nəticələrdən narazılıq fonunda Joze Mourinyonun istefaya göndərilməsi müzakirə olunur. Klubun ultrafanları sosial şəbəkələrdə Qurban Qurbanovun namizədliyini aktiv şəkildə təbliğ edirlər. Azarkeşlər Azərbaycanlı mütəxəssisin "Qarabağ"da yaratdığı stabil sistemi və oyun modelini əsas gətirərək onun Lissabon klubuna uyğun olduğunu yazırlar.

Qeyd edək ki, İngiltərə Premyer Liqası və Türkiyənin bir neçə klubundan da Qurban Qurbanovun adı baş məşqçi variantı kimi müzakirə edilir. Şərtlər barədə konkret açıqlama olmasa da, həmin klubların onu potensial layihə rəhbəri kimi gördüyü bildirilir.

Qurban Qurbanovun Avropada diqqət çəkməsinin əsas səbəblərindən biri də "Qarabağ"ın son illərdə Çempionlar Liqasında göstərdiyi parlaq çıxışlardır.

Ağdam təmsilçisi:

Azərbaycan futbol tarixində iki dəfə Çempionlar Liqasının qrup mərhələsinə düşən klub olub;

Son mövsümdə isə yenidən qrup mərhələsində yer alaraq Real Madrid, İnter, Bavariya kimi nəhənglərlə eyni səhnəni paylaşdıb;

Qrup mərhələsində sərgilədiyi oyun tərzi ilə Avropa mediasında "davamlı yüksəliş modeli" kimi təqdim edilib;

Klub ardıcıl Avropa Liqasının pley-off və qrup mərhələlərinə yüksələrək regionda unikal rekordlara imza atıb.

Qurbanovun bu nəticələrlə kiçik büdcə ilə böyük iş görmək bacarığı Avropada ciddi maraq doğurur.

Son xəbərlər