“Qəbələ” - “Qarabağ” oyununda insident yaşandı - VİDEO

25
sen
2023
20:49
Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda keçirilən “Qəbələ” - “Qarabağ” oyununda insident yaşanıb.
Oxu.Az xəbər verir ki, görüşün ilk hissəsinin sonlarında Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina Bilal Auaşeriyaya zərbə vurduğu üçün oyunçular arasında dava düşüb.
Ardınca baş hakim meydana daxil olduğuna görə “Qəbələ”nin köməkçi məşqçisi Rasim Ramaldanova birbaşa qırmızı vərəqə göstərib. Daha sonra ədalət təmsilçisi Medinanı meydandan qovub.
Etirazçılar arasına qoşulan Qurban Qurbanov da vərəqə ilə cəzalandırılıb.
Oxşar xəbərlər
"Qarabağ" UEFA Avropa Liqasında pley-offa yüksəlib - YENİLƏNİB - 7
"Qarabağ" UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib. Finlandiyada UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda HİK...