"Qəbələ"nin 30 milyonluq rəqibi
"Qəbələ"nin UEFA Avropa Liqasının Play-off mərhələsində Yunanıstanın köklü klublarından "Panatinaikos"la qarşılaşcaq.
BAKU.WS-in məlumatına görə, "Qırmızı-qaralar"ın rəqibi 20 qat Yunanıstan çempionudur. 18 dəfə Yunanıstan Kubokunu başı üzərinə qaldıran "Panatinaikos" 4 dəfə Yunanıstan Super Kubokuna sahib çıxıb.
Yunan təmsilçisinin Avropada ən böyük uğuru Çempionlar Kubokunun finalına yüksəlmək olub. 1971-ci ildə finalda "Ayaks"la qarşılaşan "Panatinaikos" rəqibinə 2:0 hesabı ilə məğlub olaraq çempionluğu əldən vermişdi.
1908-cildə qurulan "Panatinaikos" "Olimpiakos"la birlikdə Yunanıstanın 2 ən titullu klubundan biridir. Klubda çıxış edən futbolçuların ümumi dəyəri 30 milyon avrodur.
"Panatinaikos" son 4 oyununda yalnız bir dəfə qələbə qazanıb.
BAKU.WS
Oxşar xəbərlər
“Qarabağ” azarkeşləri söyüş söyməməyə çağırdı
"Qarabağ” futbol klubunun rəsmi Facebook səhifəsi azarkeşlərinə müraciət edib. BAKU.WS-in məlumatına görə, klub azarkeşləri komandamızın Avropa Liqasının pley...