"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un hücumçusunu icarəyə götürüb
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Çexiyanın "Viktoriya" (Plzen) komandası son 2 gündə 3-cü transferini gerçəkləşdirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu haqd klubun rəsmi saytında qeyd edilib.
Bildirilib ki, Plzen təmsilçisi Macarıstan "Ferentsvaroş"undan nigeriyalı hücumçu Forçun Akpan Bessini icarəyə götürüb. 24 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.
"Viktoriya" ötən gün Slovakiya millisinin hücumçusu Erik Yirka və Çexiya yığmasının müdafiəçisi Vatslav Yemelkanı transfer edib.
Qeyd edək ki, "Qarabağ" Çexiya təmsilçisinə qarşı ilk matçını avqustun 17-də Bakıda, cavab oyununu isə avqustun 23-də Plzendə keçirəcək.
Ağdam təmsilçisi III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu mübarizədən kənarlaşdırıb.
Oxşar xəbərlər
"Qarabağ" qrup mərhələsinə düşmək üçün 22 milyonluq rəqibini keçməlidir - FOTO
"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki növbəti rəqibi müəyyənləşib. BAKU.WS xəbər verir ki, "Köhlən atlar" növbəti raundda Çexiyanın "Vikt...