"Qarabağ" qrup mərhələsinə düşmək üçün 22 milyonluq rəqibini keçməlidir - FOTO

Qarabağ qrup mərhələsinə düşmək üçün 22 milyonluq rəqibini keçməlidir - FOTO
İdman 1136

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki növbəti rəqibi müəyyənləşib.

BAKU.WS xəbər verir ki, "Köhlən atlar" növbəti raundda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, "Viktoriya" klubu Plzendə yerləşən Çexiya peşəkar futbol klubudur. Klub ölkə futbolunun yüksək divizionu olan Çexiya Birinci Liqasında çıxış edir.

Klub ev oyunlarını "Doosan Arena" stadionunda keçirir. Stadionun tamaşaçı tutumu 13.000 nəfər təşkil edir.

Hazırda "Viktoriya"nın "Transfermarket"dəki ümumi dəyəri 22,53 milyon avro göstərilib. Klubun ən bahalı futbolçusu isə qapıçı Jindrich Stanekdir. Onun transfer dəyəri 3 milyon avrodur.

Məlumat üçün bildirək ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) klubuna qarşı keçirəcəyi oyunların təqvimi açıqlanıb. Ağdam təmsilçisi ilk matçını avqustun 17-də Bakıda oynayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.

Komandalar arasında cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər

Son xəbərlər