Çempionlar Liqası: "Qarabağ"ın pley-offda potensial rəqibi müəyyənləşib

Çempionlar Liqası: Qarabağın pley-offda potensial rəqibi müəyyənləşib
İdman 119

"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərindəki püşkatma nəticəsində məlum olub.

"Köhlən atlar" III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu üstələyəcəyi təqdirdə, növbəti raundda “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Nəzərinizə çatdıraq ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Qeyd edək ki, "Köhlən atlar" III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu üstələyə bilməsə, növbəti raundda Shamrock Rovers FC (IRL)/FC Shkupi 1927 (MKD) cütünün qalibi ilə üz-üzə gələcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər