“Qarabağ”ın futbolçusu komadan çıxdı

“Qarabağ”ın futbolçusu komadan çıxdı
İdman 85

“Qarabağ”ın əvəzedici komandasının məşqdə ürəyi dayanan futbolçusu Şirxan Hüseynzadənin vəziyyəti yaxşılığa doğru gedir.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi komadan çıxıb. Həkimlər onu ürək və ağciyər fəaliyyətlərinin təmin edilməsi üçün nəzərdə tutulan ECMO cihazından ayırıblar. Lakin futbolçu hələlik tam oyadılmayıb.

Xatırladaq ki, aprelin 22-də əvəzedici komandanın məşqindən əvvəl Şirxan Hüseynzadənin halı pisləşib. Həmin zamandan o, Bakıdakı klinikaların birində ECMO cihazına qoşulmuşdu, müalicə bu şəkildə davam edirdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər