“Qarabağ”ın məşqdə halı pisləşən fubolçusu başqa xəstəxanaya köçürüldü, əməliyyata alındı - YENİLƏNİB

“Qarabağ”ın məşqdə halı pisləşən fubolçusu başqa xəstəxanaya köçürüldü, əməliyyata alındı - YENİLƏNİB
İdman 378

“Qarabağ”ın əvəzedici komandasının məşq zamanı halı pisləşən futbolçusu Şirxan Həsənzadə əməliyyata alınıb.

Bu barədə Oxu.Az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O bildirib ki, həkimlərin əməliyyatdan sonra 20 yaşlı futbolçunun səhhətinin yaxşılaşacağına ümidi böyükdür:

“Şirxan klubun sağlamlıq sponsorumuz olan özəl klinikaya köçürülüb və dərhal əməliyyata alınıb. Hazırda o, əməliyyat olunur. Həkimlərin əməliyyatdan sonra Şirxanın yaxşılaşacağına ümidi çox böyükdür”.

***16:27

“Həkimlərin ilkin müdaxiləsindən sonra Şirxan Hüseynzadənin vəziyyəti nisbətən stabilləşib”.

Bunu Oxu.Az-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Ağdam klubunun ikinci komandasının məşqdə ürəyi dayanan futbolçusu Şirxan Hüseynzadənin sağlamlıq durumu barədə danışarkən deyib. Klub sözçüsü bildirib ki, hazırda bütün lazımi müdaxilələr edilir:

“Təəssüf ki, məşqdə belə bir hadisə baş verib. Şirxan bizim ən sağlam futbolçularımızdan hesab olunurdu. İl ərzində iki dəfə klubumuz tərəfindən, eyni zamanda U-21 millisinə dəvət zamanı AFFA tərəfindən ümumi müayinədən keçirilib.

Bu günə qədər heç bir problem aşkarlanmamışdı. Hazırda xəstəxanada həkim nəzarətindədir. Klubumuzun direktoru Emrah Çelikel, baş menecer Asif Əsgərov və komandamızın baş məşqçisi Qurban Qurbanov, eləcə də həkimlər korpusumuz onun yerləşdirildiyi xəstəxanadadırlar.

Klub olaraq əlimizdən gələni edəcəyik. Hazırda həkimlər də bütün lazımi müdaxilələri edirlər. Şükürlər olsun ki, vəziyyəti stabilləşib”.

***15:22

“Qarabağ”ın əvəzedici komandasının məşqində xoşagəlməz hadisə yaşanıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hazırlıq prosesində müdafiəçi Şirxan Həsənzadənin ürəyi dayanıb. O, təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya çatdırılıb.

Azərbaycan U-21 millisinin üzvünün həyatı üçün təhlükənin olduğu bildirilir. Şirxan Həsənzadə paytaxtda yerləşən özəl klinikalardan birinə yerləşdirilib.

20 yaşlı futbolçunu hələ də ayıltmaq mümkün olmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər