"Qarabağ"ı ÇL-nin qrup mərhələsindən bir qələbə ayırır
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
BAKU.WS xəbər verir ki, təmsilçimiz Çexiyada "Viktoriya" (Plzen) komandası ilə qarşılaşacaq.
"Qarabağ" klubu "Dusan Arena"da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda qələbə qazanacağı təqdirdə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. Bakıdakı ilk oyunda qolsuz heç-heçə qeydə alınıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
23 avqust
23:00. "Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Artur Diaş, Ruy Tavareş, Paulu Soareş, Fabiu Verisimu
VAR hakimləri: Tyaqu Martinş və Luiş Qodinyu (hamısı Portuqaliya)
Plzen, "Dusan Arena"
Qeyd edək ki, "Qarabağ" daha əvvəl 2017/2018 mövsümündə Çempionlar Liqasının qrupunda mübarizə aparıb.
Oxşar xəbərlər
"Viktoriya" - "Qarabağ" oyununun hakimləri bəlli olub
Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb....