“Qarabağ”dan mövsümün ilk qələbəsi

16
avq
2019
21:11
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/20 mövsümü start götürüb.BAKU.WS-in məlumatına görə, ölkə çempionatlarındakı 96 günlük fasiləyə “Dalğa Arena”da son qoyulub.Mövsümün startında rəqiblərini bu arenada qəbul edən “Keşlə” son çempion “Qarabağ”la görüşüb. Ağdamlılar meydan sahiblərinin müqavimətini yalnız matçın sonlarında qırıb. “Keşlə” azlıqda qaldıqdan sonra İsmayıl İbrahimli mövsümün ilk qolunun müəllifi olub. O, bu qolla komandasına üç xal qazandırıb.Qeyd edək ki, turun digər oyunları avqustun 17-19-da baş tutacaq. Sabah “Qəbələ” “Sumqayıt”ı, ertəsi gün “Səbail” “Zirə”ni, gələn həftənin ilk günündə isə “Neftçi” “Sabah”ı qəbul edəcək.Azərbaycan Premyer LiqasıI tur16 avqust19:00. “Keşlə” - “Qarabağ” – 0:1Baş hakim: Orxan MəmmədovQol: İsmayıl İbrahimli, 78 Qırmızı vərəqə: Emin Mehdiyev, 74Bakı. “Dalğa Arena” stadionu
Oxşar xəbərlər
“Qəbələ” və “Neftçi”dən qələbə
Topaz Premyer Liqasında XXV tura yekun vurulub.Turun son günündə iki qarşılaşma baş tutub.Öncə diqqətlər Qəbələ şəhər stadionuna yönəlib. Bürünc mükafat uğrunda...
