"Qarabağ" UEFA reytinqində GERİLƏYİB

Klubların UEFA reytinqi açıqlanıb.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında V, Konfrans Liqasında IV turun oyunları bəzi dəyişikliklərə səbəb olub.
Azərbaycan çempionu "Qarabağ"ın da mövqeyi dəyişib. Evdə "Lion"a 1:4 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası 62-ci pillədə qərarlaşıb.
Ağdam klubunun hesabında 32,000 xal var. "Qarabağ" bir addım geriləyib. Plzen "Viktoriya"sı təmsilçimizi geridə qoyub.
"Neftçi" 8,000 xalla 175-ci yerə şərikdir. Digər klublarımız - "Zirə", "Sabah", "Sumqayıt" 4,000 xalla 310-cu, "Qəbələ" və "Şamaxı" 3,925 xalla 323-cü yeri bölüşənlər arasındadır.
Qeyd edək ki, siyahıya 135,000 xala malik "Mançester Siti" başçılıq edir.
Oxşar xəbərlər
Azərbaycanda futbol klubu sabiq qolkiperini məhkəməyə verəcək - SƏBƏB
Ağsunun "Difai" futbol klubu sabiq qolkiperi Aleksandr Prikrostovu məhkəməyə verəcək. BAKU.WS xəbər verir ki, Oxu.az-a klubdan verilən məlumata görə, futbolçu s...
