"Qarabağ" "Tvente" ilə bir gündə iki dəfə görüşəcək

Qarabağ Tvente ilə bir gündə iki dəfə görüşəcək
İdman 124

Son Azərbaycan çempionu "Qarabağ" bu gün Avstriyada keçirilən təlim-məşq toplanışında daha bir rəqibi ilə üz-üzə gələcək.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, "köhlən atlar" Niderland təmsilçisi "Tvente" ilə eyni gündə iki görüşə çıxacaq.

Qarşılaşmalardan biri Bakı vaxtı ilə saat 17:00-da, digəri isə 19:15-də start götürəcək.

Qeyd edək ki, "Qarabağ" daha öncə "Metalist" klubu ilə qarşılaşıb. Görüş rəqibin 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Qarabağ" Avstriyadakı təlim məşq toplanışının sonuncu yoldaşlıq matçında "Zalsburq" klubu ilə üz-üzə gələcək. Həmin oyun isə iyul ayının 15-də Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Komandamızın təlim-məşq toplanışı isə iyul ayının 16-da başa çatacaq.

Son xəbərlər