"Qarabağ" - "Sumqayıt" oyunundan sonra İNSİDENT

12
may
2022
21:42
"Qarabağ" və "Sumqayıt" komandaları arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XVI turundan təxirə salınmış oyundan sonra insident baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, final fitindən sonra "köhlən atlar"ın futbolçusu Qara Qarayev rəqib oyunçu Dmitri Nağıyevlə mübahisə edib.
Daha sonra "gənclik şəhəri" təmsilçisinin müdafiəçisi Vüqar Mustafayev hadisəyə qarışıb. Komanda yoldaşları futbolçuları çətinliklə sakitləşdirib.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Konfrans Liqası: "Qarabağ" "Kayrat"la oyundan qalib ayrıldı - YENİLƏNİB
UEFA Konfrans Liqasının qrup mərhələsinin növbəti IV mərhələsində qarşılaşan "Kayrat" və "Qarabağ" komandaları arasında oyun başa çatıb. BAKU.WS xəbər verir ki,...