Konfrans Liqası: "Qarabağ" "Kayrat"la oyundan qalib ayrıldı - YENİLƏNİB

Konfrans Liqası: Qarabağ Kayratla oyundan qalib ayrıldı - YENİLƏNİB
İdman 322

UEFA Konfrans Liqasının qrup mərhələsinin növbəti IV mərhələsində qarşılaşan "Kayrat" və "Qarabağ" komandaları arasında oyun başa çatıb.

BAKU.WS xəbər verir ki, "Qarabağ" klubu qarşılaşmadan 1:2 hesablı qələbə ilə ayrılaraq aktivinə daha 3 xal yazdırıb.

Qarşılaşmada "Köhlən atlar"ın qollarını İbrahim Vaci və Abdullah Zubir vurub.

Qeyd edək ki, "Qarabağ" klubu qrupdakı xalını 9-a çatıdırıb.

***

21.04

"Kayrat" və "Qarabağ" oyunda hesab arasında fərq artıb.

BAKU.WS xəbər verir ki, "köhlən atlar"ın 2-ci qolunu 73-cü dəqiqədə Abdullah Zubir vurub.

***

20.59

"Kayrat" və "Qarabağ" oyunda hesab bərabərləşib.

BAKU.WS xəbər verir ki, "Kayrat"ın bərabərlik qolunu 69-cu dəqiqədə Jose Kante vurub.

***

20.50

"Kayrat" və "Qarabağ" komandaları arasında Konfrans Liqası çərçivəsində baş tutan oyunda hesab açılıb.

BAKU.WS xəbər verir ki, hesabı "Qarabağ"ın oyunçusu İbrahim Vaci 58-ci dəqiqədə açıb.

***

20.27

"Kayrat" və "Qarabağ" komandaları arasında ilk hissə başa çatıb.

BAKU.WS xəbər verir ki, qarşılaşmada qol vurulmayıb.

***

19.37

"Kayrat" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin oyunu başlayıb.

BAKU.WS xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürüb.

Görüşü moldovalı hakimlər idarə edir.

Son xəbərlər