"Qarabağ" "Şelburn"la qarşılaşmaya 2 ciddi itki ilə çıxacaq
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" "Şelburn"la qarşılaşmaya 2 ciddi itki ilə çıxacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında bildirib.
Mütəxəssis zədə səbəbindən yeni transfer Dani Boltun adının iştirak ərizəsinə salınmayacağını, Marko Yankoviçin isə "18"-likdə yer ala biləcəyini, bununla belə risk etməmək üçün meydana buraxılmayacağını söyləyib.
Qeyd edək ki, "Qarabağ" - "Şelburn" matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...