"Qarabağ" "Səbail"i məğlub edib

Qarabağ Səbaili məğlub edib
İdman 453
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.Turun son oyununda "Qarabağ" "Səbail"lə üz-üzə gəlib.Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Görüşdəki yeganə qol 86-cı dəqiqədə vurulub. Qara Qarayevin zərbəsi dəqiq alınıb.Bu nəticədən sonra "Qarabağ" 25-ci xalını qazanıb və liderliyini daha da möhkəmləndirib. "Səbail" isə 10 xalla 4-5-ci yerləri bölüşdürür.Qeyd edək ki, turun ilk 3 oyununda "Keşlə" evdə "Qəbələ"ni 2:1, "Neftçi" səfərdə "Sumqayıt"ı 4:2 hesabı ilə yenib, "Sabah" - "Zirə" matçında isə qalib müəyyənləşməyib - 2:2.

Oxşar xəbərlər

"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazandı

"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.BAKU.WS "report"a istinadən xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" və "Nef...

406 İdman 19:52 27 oktyabr 2019

Son xəbərlər