"Qarabağ" Riçard Almeyda ilə yollarını ayırdı
![Qarabağ Riçard Almeyda ilə yollarını ayırdı](https://baku.ws/storage/photos/uploads/thumbs/large/ffKOlOSHxa57uvAdAy6sCs1EQNJCx6EKhMwVu5g8.webp)
"Qarabağ" FK Riçard Almeyda ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, futbol klubu bu barədə məlumat yayıb.
Braziliya əsilli yarımmüdafiəçi 2012-2018, 2019 və 2021-2025-ci illərdə Ağdam təmsilçisinin heyətində çıxış edib. Bu müddətdə 376 oyuna 64 qol vuran Almeyda, Azərbaycan Premyer Liqasında 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda isə 91 (8 qol) matça çıxıb.
9 qat Azərbaycan çempionu və 5 dəfə ölkə kubokunun qalibi olan 35 yaşlı futbolçu, 2017-2023-cü illər aralığında Azərbaycan millisində də forma geyinib və 31 oyunda 3 qol vurub.
"Qarabağ" FK, uzun illər komandaya verdiyi töhfəyə görə Riçard Almeydaya təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Oxşar xəbərlər
Premyer Liqa: "Qarabağ" "Səbail"i böyük hesabla məğlub edib
"Qarabağ" Misli Premyer Liqasının XXII turunun bağlanış oyununda "Səbail"i böyük hesabla məğlub edib. "Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi...
![](/images/banners/placeholder_home_right_az.jpg)