"Qarabağ"ın pley-offdakı rəqibini yaxından tanıyaq - Yeddiqat Sloveniya çempionu "Olimpiya"- FOTO

Qarabağın pley-offdakı rəqibini yaxından tanıyaq - Yeddiqat Sloveniya çempionu Olimpiya- FOTO
Foto
İdman 0

"Qarabağ" III təsnifat mərhələsinin cavab oyununda HİK-i məğlub etməklə UEFA Avropa Liqasının pley-offuna yüksəlib.

BAKU.WS xəbər verir ki, ağdamlılar bu raundda Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.

Lyublyana təmsilçisi bu günə kimi 7 dəfə Sloveniya çempionu və eyni sayda ölkə kubokunun qalibi olub.

Klub ev oyunlarını 2010-cu ildə Lyublyanada tikilmiş "Stojice" stadionunda keçirir. 16 min tamaşaçı tutumu olan stadion milli komandanın da ev arenasıdır.

Hazırda "Olimpiya"nın nüfuzlu Almaniya portalı olan "Transfermarkt"dəki ümumi dəyəri 12,1 milyon avrodur. Klubun ən bahalı futbolçuları Timi Max Elsnik və Marcel Ratnikdir. Onların transfer dəyəri 1,3 milyon avrodur. Eyni zamanda klubda dəyəri 1,2 milyon olan Matevz Vidovsek və Svit Seslar adlı futbolçular çıxış edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər