Azarkeşlərin ən çox izlədiyi qarşılaşma - "Qarabağ" - "Neftçi" matçları
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının XXXI turunun "Qarabağ" – "Neftçi" oyununu (3:0) 7200 tamaşaçı izləyib.
BAKU.WS Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda mövsümün ikinci göstəricisi qeydə alınıb.
Yalnız bu komandalar arasında XXIII turun görüşündə daha çox seyrçi olub.
"Neftçi Arena"dakı "Neftçi" – "Qarabağ" qarşılaşmasını (0:1) 9355 tamaşaçı izləyib.
Maraqlıdır ki, mövsümün 3-cü göstəricisi də Azərbaycan derbisinə məxsusdur. XV turun "Neftçi Arena"dakı "Neftçi" – "Qarabağ" (0:3) oyununda 7069 tamaşaçı olub.
Qeyd edək ki, seyrçi sayında 4-cü nəticə IX turun "Sumqayıt" – "Qarabağ" matçına (0:1) məxsusdur. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə 7000 izləyici qeydə alınıb.
Qalereya
Oxşar xəbərlər
"Andorra"nın qapıçısını 4 ilədək həbs cəzası gözləyir - Bu hadisə araşdırılır
İspaniyanın "Tenerife" klubunun futbolçusu Xesus de Miquelin vəfatı ilə nəticələnən hadisədən sonra "Andorra"nın qapıçısı Xesus Ovono barəsində cinayət məsuliyy...