"Qarabağ" - "Lion" oyununa 22000 bilet satılıb
28
noy
2024
17:55
Bakıda "Qarabağ" və Fransanın "Lion" komandaları arasında keçiriləcək UEFA Avropa Liqası matçına 22000 bilet satılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun bu gün keçiriləcək "Qarabağ" - "Lion" matçı saat 21:45-də start götürəcək.
Oxşar xəbərlər
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci oyununa çıxacaq
Misli Premyer Liqasının VI turu "Neftçi" üçün əlamətdar olacaq. BAKU.WS xəbər verir ki, "ağ-qaralar" "Qəbələ" ilə qarşılaşmada ölkə çempionatlarında 1000-ci oyu...