UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri müəyyən olundu

UEFA Çempionlar Liqası: Qarabağın rəqibləri müəyyən olundu
Video
İdman 2190

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacağı 6 komandanın adı bəlli olub.

BAKU.WS xəbər verir ki, komandamızın III səbətdən "Ayaks" (Niderland) və "Napoli" (İtaliya) klubları ilə üz-üzə gələcəyi müəyyənləşib.

Qeyd edək ki, Ağdam təmsilçisi I səbətdən İngiltərənin "Çelsi" və "Liverpul", II səbətdən isə "Benfika" (Portuqaliya) və "Ayntraxt" (Frankfurt, Almaniya) klublarına rəqib olub.

Qeyd edək ki, Ağdam təmsilçisi oyunlardan dördünü evdə, dördünü isə səfərdə keçirəcək.

Xatırladaq ki, ÇL-in əsas mərhələsində 36 komanda iştirak edəcək.

***20:45

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində daha iki rəqibi müəyyənləşib.

BAKU.WS xəbər verir ki, komandamızın növbəti rəqibləri "Benfika" (Portuqaliya) və "Ayntraxt" (Frankfurt, Almaniya) kollektivləridir.

Qeyd edək ki, Ağdam təmsilçisi I səbətdən İngiltərənin "Çelsi" və "Liverpul" komandalarına rəqib olub.

***20:32

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk rəqibləri müəyyənləşib.

BAKU.WS xəbər verir ki, "köhlən atlar" ilk rəqibləri İngiltərənin "Çelsi" və "Liverpul" komandaları olub.

***20:00

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçirilir.

BAKU.WS xəbər verir ki, Monakoda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlanlb.

Püşkatma mərasimində Azərbaycanı yarışda təmsil edəcək "Qarabağ"ın da 8 rəqibi müəyyənləşir. Ağdam təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü səfərdə keçirəcək. Mərasimdə "Qarabağ" klub rəhbərliyi səviyyəsində təmsil olunur.

Son xəbərlər