"Qarabağ"ın iki yeni transferi Bakıda: Biri nigeriyalı, digəri alman
"Qarabağ" heyətinə iki yeni oyunçu cəlb edir.
BAKU.WS Qol.az-a istinadən xəbər verir ki, həmin futbolçulardan biri Taofik İsmahildir.
Nigeriyalı 26 yaşlı bu futbolçu sol vingerdir. Müqavilə ilə Polşanın "Qurnik Zabje" klubuna məxsus olan İsmahil son mövsümü icarə əsasında "Lex" komandasında keçirib. O, ötən mövsüm Polşa Ekstraklasası (yüksək liqa), UEFA Konfrans Liqası və Polşa Kuboku da daxil olmaqla 41 oyunda meydana çıxıb, dörd qol vurub, beş qolun ötürməsini edib.
Transfer edilən digər futbolçu isə Reda Xadradır. O, hücumameyillli orta xətt futbolçusudur. Bundan başqa, sağ və sol vinger kimi də oynaya bilir. Reda Almaniyanın U-21 və U-19 millilərində də çıxış edib. Müqavilə ilə Fransanın "Reyms" klubuna məxsus olan Reda son mövsümü icarə qaydasında Liqa 1 təmsilçisi "Havr"da keçirib (8 oyun).
Hər iki futbolçunun artıq Bakıda olduğu və tezliklə onlarla müqavilə imzalanacağı gözlənilir.
Oxşar xəbərlər
"Qarabağ"- "Tvente" oyunundan əvvəl fan zona təşkil olunacaq
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi Niderlandın "Tvente" klubu olacaq. Azarkeşlər üçün qarşılaşma öncəsi Tofiq Bəhramov adına Respu...