"Qarabağ"ın futbolçusu: "Atletik"lə oyunu öyrənmək fürsəti kimi qəbul etsək, bu, məğlubiyyət sayılmır"
24
okt
2025
12:16
"Qarabağ"ın futbolçusu Leandro Andrade Çempionlar Liqasının əsas mərhələsində İspaniya təmsilçisi "Atletik"ə uduzduqları matçla bağlı fikirlərini bölüşüb.
BAKU.WS xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi instaqram hesabında paylaşım edib.
L.Andrade məğlubiyyətdən dərs çıxaracaqlarını bildirib:
"Əgər bunu öyrənmək fürsəti kimi qəbul etsək, bu, məğlubiyyət sayılmır".
Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibinə 1:3 hesabı ilə uduzub. Azərbaycan çempionunun yeganə qoluna 1-ci dəqiqədə Leandro Andrade imza atıb.
Oxşar xəbərlər
Avropanın TOP-5 liqasında mövsümün sürpriz bombardirləri
Avropanın beş aparıcı futbol çempionatında mövsümün ilk bölümünün nəticələri maraqlı mənzərə ortaya qoyub. BAKU.WS xəbər verir ki, ənənəvi qolçularla yanaşı, b...