"Qarabağ"ın dəyəri 3 milyon olan potensial rəqibləri

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
BAKU.WS xəbər verir ki, bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.
Ağdam təmsilçisinin potensial rəqibləri ilk olaraq Dublində qarşılaşıblar. İrlandiyanın paytaxtında yerləşən "Tolka Park" stadionunda keçirilən qarşılaşma 1:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Şelburn" klubunun Almaniyanın nüfuzlu "Transfermarket" portalında ümumi dəyəri 2,98 milyn avrodur. Klubun ən bahalı oyunçusu isə 275 min avroluq Kerr Maklnroydur. Eyni zamanda İrlandiya təmsilçisində transfer dəyəri 200 min avro olan digər futbolçular da var.
"Linfild" klubunun isə ümumi dəyəri 3,18 milyon avrodur. Klubun ən bahalı oyunçusu isə 275 min avroluq Ethan Maqgidir.
Şimali İrlandiya təmsilçisində də transfer dəyəri 175 min-225 min avro olan digər futbolçular da var.
Oxşar xəbərlər
Bakıda təşkil olunan Millətlər Liqasının mükafatlandırma mərasimi keçirilib
Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunun son oyunundan sonra bağlanış və mükafatlandırma mərasimi keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir...
