"Qarabağ" "Çelsi"ni belə təbrik etdi (FOTO)

Qarabağ Çelsini belə təbrik etdi (FOTO)
İdman 1272
Final qarşılaşmasında “Arsenal”ı 4:1 hesabı ilə məğlub edən “Çelsi” komandasını "Qarabağ" klubu da təbrik edib. BAKU.WS xəbər verir ki, Ağdam klubu çempionu rəsmi sosial şəbəkə hesabından belə təbrik edib: "Bakıya gəl(məy)ən və kubokla qayıdan "Çelsi'nin bütün futbolçularını təbrik edirik. Zadəganlıq hər zaman zəfəri haqq edir".Qeyd edək ki, mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq tarixində ikinci dəfə bu turnirin qalibi adını qazanıb.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər