"Qarabağ" bir gündə 2 oyun keçirəcək
14
yan
2026
14:16
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" komandasının növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə hazırkı ölkə çempionu məlumat yayıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yanvarın 16-da iki matça çıxacaq.
İlk rəqib Xorvatiya təmsilçisi "Osiyek" olacaq. "Köhlən atlar" ardınca Polşanın "Zaqlebye" klubu ilə üz-üzə gələcək.
Birinci qarşılaşma saat 12:00-da, ikinci görüş isə 19:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni beş cavabsız qolla üstələyib.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...