"Qarabağ" Azərbaycan çempionu oldu
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" futbol klubu Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümün qalibi olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "köhlən atlar" XXV turda evdə "Sabah"la 1:1 hesablı heç-heçə edərək, sona 3 tur qalmış 9-cu çempionluğunu rəsmiləşdirib.
Hesabı 47-ci dəqiqədə Kadi Borges açıb. 59-cu dəqiqədə qırmızı vərəqə alan Patrik Andrade Ağdam klubunu azlıqda qoyub. Bundan maksimum yararlanan qonaqlar 1 dəqiqə sonra cərimə zərbəsindən tarazlığı bərpa ediblər. Kristian Silva fərqlənərək, yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 59-a çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Neftçi"ni 12 xal qabaqlayır. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin ehtiyatda daha bir oyunu var. "Sabah" isə 36 xalla 4-cü pillədəki mövqeyini qoruyub.
Qeyd edək ki, turun açılış matçında "Şamaxı" evdə "Səbail"lə qolsuz heç-heçə edib. Tura mayın 4-də keçiriləcək "Zirə" - "Qəbələ" və "Sumqayıt" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.
Oxşar xəbərlər
"Qarabağ" mövsümün ən böyük hesablı qalibiyyətini qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, çempionatın lideri "Qarabağ" "Şamaxı"...