“Qarabağ” Azərbaycan çempionatlarında yeni rekord vurub
30
okt
2019
18:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdamın “Qarabağ” klubu Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb. BAKU.WS PFL-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bunu Premyer Liqanın IX turunun “Səbail”lə görüşündə rəsmiləşdirib. 1:0 hesabı ilə qalib gələn əyalət klubu ölkə çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyasını 29-a çatdırıb. Cari mövsümün 9 görüşündə uduzmayan “Qarabağ” ötən çempionatın son 20 matçında da məğlub olmayıb. 2018-ci il oktyabrın 28-də keçirilən VIII turun “Neftçi” ilə səfər qarşılaşmasından (1:3) sonra son çempion 23 qələbə qazanıb və 6 heç-heçə edib.Bu, texniki nəticələr nəzərə alınmamaqla Azərbaycan çempionatları tarixinin yeni rekordudur. Bunadək ən yüksək göstərici 1997-98-ci illərdə ardıcıl 28 matçda uduzmayan “Kəpəz”ə məxsus idi.
Oxşar xəbərlər
"Qarabağ" "Səbail"i məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.Turun son oyununda "Qarabağ" "Səbail"lə üz-üzə gəlib.Tofiq Bəhramov adına Respublika Stadionunda...