"Qarabağ" tarixində 2-ci seriya: Rekorda 3 addım qaldı
12
mar
2018
12:51
Ağdamın “Qarabağ” klubu ardıcıl 7 oyundur evdə qol buraxmır.BAKU.WS-in PFL-ə istinadən verdiyi məlumata görə, Qurban Qurbanovun yetirmələri sonuncu dəfə 2017-ci il sentyabrın 22-də “Sumqayıt”la qarşılaşmada (4:1) qonaqların qol vurmasına şahid olublar. Həmin görüşdən sonra 169 gündür qapısını toxunulmaz saxlayan meydan sahibləri “Zirə” ilə iki matçda (0:0, 2:0), həmçinin “Səbail” (1:0), “Sumqayıt” (2:0), “Neftçi” (1:0), “Qəbələ” (0:0) və “Kəpəz”lə (1:0) qarşılaşmalarda doğma azarkeşlər önündə qol buraxmayıblar. VI turun oyununun 8-ci dəqiqəsindən sonra başlayan quru seriya “Zirə” ilə XIX turun görüşündə 712 dəqiqəyə çatıb.Evdə 7 matçda qol buraxmayan “Qarabağ” tarixinin 2-ci nəticəsini təkrarlayıb. Bu, ağdamlıların 1995-ci ildə imza atdığı seriyanın təkrarı olsa da, 2 il əvvəlki rekorda çatmaq üçün daha 3 görüşdə qol buraxmamalıdır.Qeyd edək ki, “Qarabağ” məğlubiyyətsiz seriyalarını da uzadıb. Ağdam klubu evdə 15, ümumilikdə 11 görüşdür uduzmur.BAKU.WS
Oxşar xəbərlər
Qurban Qurbanov millinin heyətini açıqladı (SİYAHI)
Qurban Qurbanov millinin heyətini açıqlayıb. BAKU.WS-in məlumatına görə, yanvarın 27-dən 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı, hazırlıq pros...