"Qalatasaray" və "Fənərbağça" son oyuna görə cəzalandırıldılar
Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Komitəsi (PFDK) 10 yanvar 2026-cı il tarixində keçirilən "Qalatasaray - "Fənərbağça" Superkubok oyunu zamanı baş verən hadisələrlə bağlı hər iki kluba maliyyə sanksiyası tətbiq edib.
BAKU.WS TFF-nin rəsmi internet saytına istinadən xəbər verir ki, "Qalatasaray" azarkeşlərinin törətdiyi hadisələrə görə 220 min TL, kubok təqdimetmə mərasiminə qatılmamasına görə isə 1 milyon 100 min TL olmaqla ümumilikdə 1 milyon 320 min TL (Təxminən 53 min manat) cərimələnib.
"Fənərbağça" klubu isə azarkeşlərinin səbəb olduğu hadisələrə görə 330 min TL (Təxminən 13 min manat) məbləğində cərimə ilə üzləşib. Hər iki klub barəsində "çirkin və nalayiq şüarlar"la bağlı PFDK-ya edilən müraciətlərə baxılsa da, intizam pozuntusunun tərkib hissələrinin formalaşmadığı əsas gətirilərək bu maddə üzrə cəza verilməməsi qərara alınıb.
Oxşar xəbərlər
Avropa və Konfrans Liqalarında günün oyunları keçirildi - NƏTİCƏLƏR
UEFA Avropa Liqasında liqa mərhələsinin II turunun oyunları keçirilib. Eyni zamanda, UEFA Konfrans Liqasında da liqa mərhələsinin I turuna start verilib. BAKU.W...