"Qalatasaray" rusiyalı futbolçunun transferində razılığa gəldi
09
avq
2026
10:36
Türkiyənin "Qalatasaray" klubu rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun transferi ilə bağlı Moskvanın "Lokomotiv" klubu ilə razılığa gəlib.
BAKU.WS xəbər verir ki, İstanbul təmsilçisi 21 yaşlı futbolçu üçün bonuslarla birlikdə 25 milyon avro ödəməyə hazırdır.
"Qalatasaray" prezidenti Dursun Özbekin də təklifi təsdiqlədiyi bildirilir.
Hazırda transferin yekunlaşdırılması üçün son danışıqlar aparılır.
"Lokomotiv"in yetirməsi olan Batrakov əsas komandada 81 matçda 33 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqası: "Neftçi" "Ordu"nu məğlub edib
"Neftçi" Azərbaycan Basketbol Liqasının II turunda "Ordu"nu məğlub edib. BAKU.WS xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüş "Neftçi"nin 83:79 hesablı...