Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) təşkilatçılığı ilə oktyabrın 18-də Binə Atçılıq Mərkəzində böyüklər arasında Azərbaycan Superkuboku keçiriləcək.
BAKU.WS AKOF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, açıq havada, 70 metr məsafədə baş tutacaq yarışda ölkənin ən reytinqli 8 oxatanı qələbə uğrunda mübarizə aparacaq.
Azərbaycan kamandan oxatma tarixində ilk dəfə qadın və kişi idmançılar birgə yarışacaq. Yarışda kişilərdən Məhəmmədəli Əliyev, Sərdar Vəliyev, Hüseyn Məhərrəmov və Nurlan Rəhimli, qadınlardan isə Yaylagül Ramazanova, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova və Aliyə Əliyeva mübarizə aparacaqlar.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqası: "Neftçi" "Ordu"nu məğlub edib
"Neftçi" Azərbaycan Basketbol Liqasının II turunda "Ordu"nu məğlub edib. BAKU.WS xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüş "Neftçi"nin 83:79 hesablı...