Ronaldo Portuqaliya millisindən uzaqlaşdırıldı
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldonun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, qaydalara əsasən, cəza avtomatik olaraq qüvvəyə minib.
İndi federasiyanın Nizam-İntizam Komitəsi cəzanın yekun müddətini müəyyən etməlidir. Sanksiyaların müddəti bir aydan altı aya qədər dəyişə bilər.
Əgər komitə ən sərt qərarı qəbul edərsə, Ronaldo milliyə yalnız 2027-ci ildə - 42 yaşında qayıda biləcək.
Qeyd edək ki, Ronaldo millinin baş məşqçisi Jorji Jezuş ilə arasında yaranan münaqişə səbəbindən komandanın düşərgəsini tərk edib.
Oxşar xəbərlər
Camal Qamzatxanov Bakıda keçirilən dünya çempionatında bürünc medal üçün tatamiyə çıxacaq
Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib. BAKU.WS report-a istinadən xəbər verir ki, o, yar...