Rəsmi portalda pensiya kapitalında azalmalar olub?
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən "myGov" portalında pensiya kapitalı məlumatlarında müşahidə olunan dəyişikliklərlə bağlı məsələyə münasibət bildirilib.
BAKU.WS xəbər verir ki, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, "myGov" platformasında vətəndaşlara təqdim olunan məlumatlar aidiyyəti dövlət informasiya sistemlərindən əldə edilərək əks olunur.
Açıqlamada vurğulanıb ki, "Pensiya kalkulyatoru" bölməsindəki məlumatlar real vaxt rejimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemindən alınan məlumatlar əsasında formalaşdırılır.
Agentlikdən bildirilib ki, hazırda pensiya kapitalı məlumatlarında müşahidə olunan dəyişikliklər işəgötürənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlara dair dəqiqləşdirilmiş məlumatların təqdim edilməsi və həmin hesabatların emalı prosesi ilə əlaqədardır.
Qeyd olunub ki, hesabatların emalı mütəmadi olaraq həyata keçirilir və bu müddətdə vətəndaşların şəxsi kabinetlərində əks olunan məlumatlarda dəyişikliklər baş verə bilər:
"Hesabatların emalı başa çatdıqdan sonra şəxsi kabinetlərdə dəqiqləşdirilmiş hesabatlar əsasında yenilənmiş məlumatlar əks olunacaq".
"MyGov" portalında pensiya kapitalı və əvvəlki illərə aid məlumatların görünməməsi ilə bağlı vətəndaşlar şikayət edirlər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan paylaşımlarda bir neçə vətəndaş hesablarında əvvəlki illərə aid məlumatların itdiyini, pensiya kapitalının isə azaldığını və ya ümumiyyətlə görünmədiyini bildirib.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili bildirilib ki, sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib:
"Bu müvəqqəti dəyişiklikdir və narahatlığa əsas yoxdur. Çünki hazırda işəgötürənlər tərəfindən cari ilin III rübü üzrə sosial sığorta haqlarına dair təqdim olunmuş hesabatların elektron sistemdə emalı prosesi aparılır.
Bu prosesdə vətəndaşların pensiya kapitallarında əks olunan bəzi məlumatlarda müvəqqəti dəyişikliklər müşahidə oluna bilər.
Emal prosesinin 11 oktyabr saat 17:00-dək başa çatdırılması gözlənilir.
Texniki proses başa çatdıqdan sonra şəxsi kabinetlərdə məlumatlar dəqiqləşdirilmiş hesabatlar əsasında yenilənmiş formada əks olunacaq".
Oxşar xəbərlər
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Tanınmış azərbaycanlı jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki bürünc barelyef sentyabrda oğurlandıqdan sonra bərpa edilərək yerinə quraşdırılıb. BAKU.WS xəb...