Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatının 1/8 finalına yüksəlib
10
okt
2026
13:05
Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında 1/8 finala yüksəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, 1/16 finalda Qırğızıstan təmsilçisi Emirxan Yoldoşkazıyevi ipponla məğlub edib.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Oxşar xəbərlər
Camal Qamzatxanov dünya çempionatında 1/8 finala yüksəlib
Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında 1/8 finala yüksəlib. BAKU.WS report-a isyinadən xəbər verir ki, o, 1/16...