Bakıda cüdo üzrə dünya çempionatı: Yeddinci yarış gününün təqvimi
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün 7-ci yarış gününün görüşləri keçiriləcək.
BAKU.WS xəbər verir ki, Azərbaycan millisinin dörd üzvü qadınların +78 kq və kişilərin +100 kq çəki dərəcələrində mübarizə aparacaq.
Qadınların +78 kq çəki dərəcəsində Madina Kaisinova yarışa 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi İtaliya təmsilçisi Asya Tavano olacaq.
Kişilərin +100 kq çəki dərəcəsində Camal Qamzatxanov 1/32 finalda Çili cüdoçusu Fransisko Solislə qarşılaşacaq.
Uşanqi Kokauri və Kənan Nəsibov isə mübarizəyə 1/16 final mərhələsindən qoşulacaqlar. Kokaurinin rəqibi Qırğızıstan təmsilçisi Emirxan Joldoşkazıyev olacaq. Nəsibov isə Losseni Kone (Almaniya) - Vidak Malyeviç (Serbiya) görüşünün qalibi ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
"Zirə" "Şamaxı" ilə, "Sumqayıt" isə "Qəbələ" ilə qarşılaşacaq
Misli Premyer Liqasının VII turunda sabah iki qarşılaşma keçiriləcək. BAKU.WS xəbər verir ki, günün ilk matçında "Zirə" öz meydanında "Şamaxı" ilə üz-üzə gələcə...